adalet.az header logo
  • Bakı 16°C
11 Sentyabr 2018 10:00
47028
MARAQLI
A- A+

Türkiyənin ən yaxşı aktrisaları


Beren Saat ilk dəfə Mahsun Kırmızıgüllə "Aşka Sürgün” serialında baş rolda, ikinci dəfə 2006-cı ildə "Hatırla sevgili” adlı serialda oynayıb. Kariyerasının zirvəsinə xəyanətkar qadın olan Bihter rolunu oynadığı "Aşk-ı Memnu” serailında çatıb. Ardınca "Fatmagülün suçu ne?” serialında təcavüzə uğrayan Fatmagül obrazında oynayıb. Fatmagül Bihter kimi baxımlı, mübarizəni sevən, varlı bir qadın deyildi. Beren Saat oynadığı Fatmagül obrazı ilə əvvəlki Bihter rolunda qazandığı nifrəti aradan qaldırdı.  Bir-birinə zidd olan xarakterləri oynamağı bacardığını sübut elədi. Açıq yaşıl gözləri, dalğalı saçları və geyimləri ilə mətbuatın diqqətini çəkdi.  Bir çox insanların Türkiyənin ən yaxşı qadın obrazı kimi qəbul etdiyi Beren Saat hal-hazırda ikinci mövsümünə davam edən "İntikam” serialında baş rolda, yəni Yağmur obrazını canlandırır.









Meryem Uzerli "Muhteşem yüz yıl” serialındakı Hürrem Sultan rolu üçün Almaniyadan gətirildi. Türkiyədəki bütün rəqiblərini geridə qoydu. Hətta saçının rəngi o qədər bəyənildi ki, serial efirə çıxandan sonra "Hürrem kızılı”adlı saç boyaları da satışa çıxdı. O, bu rolu ilə dəfələrlə "Ən yaxşı aktrisa” mükafatına da layiq görüldü. Tükənmişlik sindromuna tutulan Meryem serialdan 2013-də ayrıldı və filmin reytinqi aşağı düşdü.  

 



 







2005-ci ildə "Kurtlar vadisi İraq”da rol oynamaq təklifi alanda atası xəstə yatırdı. O, əvvəlcə təklifi qəbul etməsə də, sonra razılaşır. Bu film üçün ərəb dilini öyrənən Bergüzar Korel çətinliklərin öhdəsində gəlir və bu filmlə də məçhurliuq qazanır. Ardınca 2006-cı ildə rekordları qıran "Min bir gecə” serialında hal-hazırda həyat yoldaşı olan Halit Ergenclə baş rolu bölüşdürərək "Ən yaxşı qadın” mükafatına layiq görüldü. İki ildir tamaşaçını özünə bağlayan "Karadayı” serialında Hakim Feride rolunu oynayır.

 

 

                    






                               



Alovlu xarakteri və qırmızı saçları ilə Türkiyə Deniz Çakırı bir komediya serial olan "Kadın isterse” serialında pis qadın obrazı ilə tanıdı. Davamı olaraq pis qadın obrazı ilə "Yaprak dökümü” serialında baş rolda oynadı. Fahrunde obrazı ilə bir xeyli davam edən serialda tamaşaçıların sevgi dolu nifrətini qazandı.  2013-də "Muhteşem yüz yıl”da bir mövsüm Qanuni Sultan Süleymanın bacısı Şah Sultan obrazını canlandırdı.