adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2018 11:39
17988
MƏMLƏKƏT
A- A+

45 nömrəli tam orta məktəbdə Xocalı tədbiri - Foto

Xocalı faciəsinin 26-cı il dönümü münasibəti həyata keçirilən tədbirlər planına əsasən orta məktəblərdə Xocalı tədbirləri davam etdirilir. Belə bir tədbirdən biri də Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə baş tutub. 

Tədbirdə millət vəkili Aqil Abbas, təhsil şöbəsinin nümayəndələri və məktəbin kollektivi iştirak edib. Məktəbin direktoru Axundova Nəcibə tədbir iştirakçıların Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, erməni daşnaqları tərəfindən törədilən bu faciə terror hadisəsidir. Sadə, silahsız insanlara qarşı həyata keçirilən siyasət dünya birliyi tərəfindən pislənilir. Hazırda dünyanın bir sıra ölkə parlamentləri Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. 

 Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas bildirib ki, Xocalı soyqırımını heç vaxt unutmaq olmaz. Onun sözlərinə görə, hər bir azərbaycanlı bu faciənin baş vermə səbəbi, faciə barəsində ətraflı məlumata malik olmalıdır. Millət vəkili onu da deyib ki, Azərbaycan hokuməti Xocalı soyqırımının dünya ictimayyətinə çatdırılması yönündə ciddi addımlar atır. "Xocalıya Ədalət” kompaniyasının həyata keçirilməsi nəticəsində müxtəlif ölkələrin nümayəndələri bu faciə barəsində məlumatlandırıblar. 

 Tədbir şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii kompazisiya ilə başa çatıb.