adalet.az header logo
  • Bakı 20°C
22 Fevral 2018 10:01
11232
İDMAN
A- A+

Uduzduq

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib. Dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

Yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci keçidə qatılacaqlar.