adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Fevral 2018 10:24
10151
MƏMLƏKƏT
A- A+

Bakıda sürət həddi aşağı salındı

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub:

"Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”.

BNA sürücülərə rahat və təhlükəsiz yol arzulayır.