adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2018 18:25
14177
HADİSƏ
A- A+

Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİB

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.


APA-nın müxbiri hadisə yerindən xəbər verir ki, Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.


Qeyd edək ki, yanğın baş verən əraziyə iki təcili tibbi yardım briqadası da cəlb olunub.



***


17.45


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.


APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.


Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.