adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Fevral 2018 17:20
14633
KRİMİNAL
A- A+

Göstərişlə 15 evdən oğurluq edən dəstə - VİDEO

Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.

ARB TV xəbər verir ki, istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov və Mirasəf Kərimli saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində oğurluqları N.Salayevin göstərişi ilə həyata keçirdiklərini etiraf ediblər.

Nurlan Ağayev – Saxlanılan şəxs: "Evdə heç kim olmurdu, gedib götürürdük. Bəzilərinə Novruz, bəzilərinə özümüz gedirdik. Yığırdıq Novruzgilin həyətinə”.

Sərhat Əmirov – Saxlanılan şəxs: "15 evdən oğurluq etmişik. Ümumi əşyaları xarabalıqda gizlədirdik”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər davam etdirilir.