Yəhudilər Hitlerlə əməkdaşlıq edib
Yəhudilərin və digər xalqların İkinci Dünya müharibəsində nasistlərlə bərabər cinayət törətmələrini sübut edən tarixi faktlar mövcuddur.
Adalet.az xəbər verir ki, bunu Polşa mətbuatına açıqlamasında Polşa Baş nazirinin dəftərxanasının rəhbəri Mixail Dvorçik söyləyib.
"Polşa ərazisində polyaklarla bərabər, digər xalqlar da nasistlərlə əməkdaşlıq ediblər. Bu, ağrılı həqiqətdir. Bununla bağlı həqiqətlər İsraildə də davam etdirilir və böyük emosiyalara səbəb olur”, – deyə o bildirib.
Qeyd edək ki, Polşa Baş naziri Mateuş Morvetski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Holokostun törədilməsində polyaklar, almanlar və digərləri ilə bərabər, yəhudilərin də iştirak etdiyini bildirmişdi. Bu, İsraildə etiraza səbəb olmuşdu.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20