adalet.az header logo
  • Bakı 19°C
20 Fevral 2018 15:41
11286
SİYASƏT
A- A+

Milli Məclisdə soyqırımla bağlı xüsusi iclas keçiriləcək

Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, gələn ay parlamentin 3 iclası keçiriləcək.

İclaslar martın 6, 16 və 30-da olacaq. Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.

Qeyd edək ki, martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.