adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Fevral 2018 14:54
19968
İDMAN
A- A+

Silvester Stallone məşhur olmaya da bilərdi

İtinə yem almağa pulu yox idi

Əgər Silvester Stalone "Rokki” filmində çəkilməkdə bu qədər qərarlı olmasaydı bəlkə də film əfsanələri arasına heç bir vaxt öz adını yazdırmayacaqdı.



İllər əvvəl bank hesabında cəmi-cümü 106 dollar pulu qalan, maşını olmayan və hətta itini yemləmək üçün pulu onu satmaq qərarına gələn Slivester günlərin bir günü həyatını 180 dərəcə dəyişə bilən bir senari yazdı: "Rokki”.

350 min doollarlıq təklifi qəbul etmədi

Silvester yazdığı senarini İrvin Vinkler və Robert Çartof adlı iki prodüserə göstərir. Prodüserlər senarini bəyənir və Silvesterə senari üçün 350 min dollar təklif edir. Pulsuz qaldığına görə çox sevdiyi itini belə satmaq istəyən Silvester üçün bu təklif heç vaxt ağlına gəlməyəcək bir məbləğ idi. Amma o, təklifi qəbul etmir. Çünki Silvesterin bu razılaşma üçün yalnız bir şərti var idi: "Rokki rolunda özü oynayacaqdı”.


Çətin vəziyyətdə qalan prodüserlər Silvesterin şərtini qəbul edir və filmin müəllif hüquqlarını alıb "United Artists” adlı quruma gedirlər. Filmin büdcəsinin 2 milyon dollar olduğunu deyən qurum baş rolda tanımadıqları Silvester Stallonenin oynamağına qarşı çıxırlar. Rokki rolunu o dövrün məşhur simalarından olan Robert Redfor, Ryan O Neal, ya da Burt Reynolds oynamalı idi. Amma prodüsserlər Vinkler və Çartof Silvesterin buna razı olamadığını onlara deyəndə qurum filmin büdcəsini 1 milyon dollar aşağı salır. Hətta bununla kifayətlənməyib iki prodüsserə filmin xeyir gətirmədiyi halda dəyən ziyanı onların ödəyəcəyi şərtilə müqavilə də imzaladır.

Nəhayət, filmin büdcəsi 1,1 milyon dollar qaldırılır. Çünki iki prodüser layihənin başa çatmağı üçün öz evlərini ipotekaya saldırırlar.

Boks yarışına baxarkən...

Silvester "Rokki” filminin senarisini 24 mart 1975-ci ildə Məhəmməd Əlki ilə Çuk Vepnerin döyüşünə baxandan sonra yazıb. Hamı bu döyüşdə 36 yaşlı boksçu Çuk Vepnerin Məhəmməd Əlinin önündə cəmi 3 raund dözə biləcəyini düşünürdü. Amma Vepner hamını təəccübləndirməyə nail olur. Məhəmməd Əliyə 15 raund dözməyi bacarır. Döyüşün sonunda Vepner texniki nakautla məğlub olur.
Rokkinin güclü rəqibi Apollo obrazı üçün aktyor seçirlər. Növbə Carl Weathersə çatır. Carldan Silvesterin qarşında durub bir boks səhnəsini canlandırmağını istəyirlər. Carl istəmədən Silvesterin çənəsinə yumruq atır. Silvester Carla sakit olmağını, bunun yalnız seçim tutu olduğunu deyir. Carl isə dublyor əvəzinə həqiqi bir aktyorla döyüşmək istəyini, bu zaman rolunun öhdəsindən daha yaxşı gələ biləcəyini deyir. Rejissor Con Avildsen gülür və Carla Silvesterin filmin həqiqi aktyoru olduğunu deyir. Carl duruxur, Silvesterə baxır və deyir: "Yaxşı, yəqin zaman keçdikcə rolunu daha da yaxşı oynamağa başlayar”. Silvester onun bu sözündən sonra Apollo rolunu ona verir.

Filmdəki səhv...

Rokki ilə Apollonun üz-üzə gəldiyi səhnədə rinqin yanındakı reklam lövhəsindəki şəkildə Rokkinin əynində qırmızı, üzərində də ağ xətli şortik var idi. Rinqə çıxanda isə Rokkinin əynində ağ rəngli, üstündə qırmızı xətli şortik var idi. Bu dekorasiyanı düzəldənlərin səhvi idi və həmin vaxt onu düzəltmək mümkün deyildi. Silvester Stallonenin ağlına filmdə Rokkinin bu səhvdən bəhs etməsi gəlir və səhnə elə bu şəkildə də çəkilir.


Rokkinin ət saxlanılan buzxanada asılan ətləri yumruqladığı məşhur bir səhnə var. Bu səhnənin çəkilişləri zamanı Rokki asılmış ətlərə o qədər yumruq vurmuşdu ki, əllərinin üzü düzləşmişdi. O, bu gün belə əllərindəki zədəni hər yumruq atanda hiss edir.

Rokkinin muzeyin pilləkənlərini qaçaraq çıxdığı səhnəni xatırlayın. İlk səhnədə Rokki pilləkənləri çıxmağa çətinlik çəkir, ikinci dəfə isə bunu bacarır. Bu iki səhnə arasında iki saat fərq var. Birincisi Günəş çıxmamışdan əvvəl, ikincisi isə Günəş çıxandan sonra. Fildəki Rokkinin iti Silvesterin həyatda satmaq istədiyi həmin itdir. Rokkinin otağındakı güzgüsünün yanındakı şəkillər Silvesterin gənclik şəkilləridir. Silvester Stallone çəkilişlər zamanı təngənəfəs olduğu üçün siqareti tərgitmişdi.

Bu filmdən qabaq rejissor Con Avildsen nə bir boks yarışına baxmışdı, nə də bir boks filminə. "Rokki” filmi Oskar mükafatını qazan ilk döyüş filmi idi. Bu film 28 gündə çəkilib. Və film 1976-da ən çox gəlir gətirən film olmuşdu.