adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2018 13:14
8912
GÜNDƏM
A- A+

Zakir Həsənov Belarusa gedir

Müdafiə naziri, general-polkovnikZakir Həsənov Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.