adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2018 11:22
10811
ƏDƏBİYYAT
A- A+

Orxan Pamuk fəxri vətəndaş ola bilmədi

Bosniya və Herseqovina Nobel ödüllü türk yazıçı Orxan Pamuka fəxri vətəndaşlıq vermək fikrindən vaz keçib.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarı fəxri mükafatı təqdim etməyə hazırlaşan Sarayevo Bələdiyyəsi tərəfindən verilib.

Türk mətbuatı hadisənin siyasi motivlərlə bağlı olduğunu yazır. Belə ki, rəsmi Sarayevo Türkiyə hakimiyyətindən çəkinərək belə bir addım atıb.

Xatırladaq ki, bir müddət əvvəl Orxan Pamukun Sarayevo şəhərinin fəxri vətəndaşı seçiləcəyi ilə bağlı xəbər yayılmışdı.