adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Fevral 2018 17:53
9246
GÜNDƏM
A- A+

Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür

Martın 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. Modern.az saytı qurultaya hazırlıq işlərinin gedişi ilə maraqlanıb?

Məsələ ilə bağlı danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, JurnalistlərinHəmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, Nizamnamədən irəli gələn bütün proseduralara əməl olunur.

"Mətbuat Şurasına üzv təşkilatlara anketlər göndərilir, onlar istədikləri namizədlərin adını təqdim edirlər, eyni zamanda qurultayda iştirak edəcək nümayəndələrini qeyd edirlər. Hazırkı prosedur budur. Anketlərin toplanmasından sonra yenə də müzakirələr keçiriləcək və qurultayla bağlı digər təşkilatı işlər görüləcək. Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb”.