Əbülfət MƏDƏTOĞLU: RUHUN AYDIN OLSUN!

ƏBÜLFƏT MƏDƏTOĞLU
54696 | 2018-02-19 16:35



Hə,qardaş, xoş görüşdük, bu da bir il. Həmişəki kimi hal-əhval tutmaqdan başlayıram.Yəqin ki, sən uşaqları, nəvələri soruşacaqsan. Mən də deyəcəm ki, hamısı əlindənöpür, sənə salamları var. Sonra yazı-pozudan soruşacaqsan, səhhətimlə maraqlanacaqsan.Mən də deyəcəm ki, yazı-pozu boyuma biçilib, ölüncə yol-yoldaşımdı. O ki, qaldısəhhətə, onu da tapşırmışam dərmanlara. Hə, bundan sonra mən sənin səhhətinlə maraqlanacam.Sən də həmişəki kimi bircə kəlmə deyəcəksən:

-Sağ ol, ay qağa, babat dolanıram. Heç kimdən incikliyim, narahatlığım yoxdu, şükürbu günə. Əsas odur ki, evdə salamatçılıqdı. Hərdən xanımın təzyiqi olur, onu daqızım özü yoluna qoyur...

Hə,bu hal-əhvaldan sonra yerindən qalxırsan və deyirsən:

-Düşək aşağı bir çay içək. Onsuz da hər səhər Anarın bir manat çay pulunu verməsəkrahat olmayacağıq. Həm də siqaret götürərik, yəqin səndə də qurtarıb.

Bax,beləcə başlayırdı hər günümüz. Amma düz bir ildi ki, mənim günlərim belə başlamır...düz bir ildi ki, mən səhərlər çay içmək üçün bufetə, Anarın yanına düşmürəm... vədüz bir ildi ki, bu sualları özümə verib cavabları da özümə qaytarıram. Amma bugün, yəni səninlə ayrılığımızın düz bir il tamamında qəflətən hardansa ürəyimə gəlibdoldu ki, sənə bir hesabat verim. Deyim ki, xəbərin olsun.

Doğrudur,bilirəm ruhun başımızın üstündədi, hər şeyi görürsən, eşidirsən, hər şeydən xəbərinvar. Amma özümün sənə deməyimin də bir faydasıolar. Axı, bu hesabatdı...

Bəli,Polad müəllim, düz bir ildi ki, səni məndən soruşanlar olub. O soruşanlar arasındaölümünə inanmayanlar da xeyli var idi. Həttaelələri oldu ki, inanmayıb mobil telefonuna zəng vurmaq istədilər. Və mənonda səni soruşanların səmimiyyətinə bir daha inandım. Doğrudur, "meşə çaqqalsızolmur”, deyirlər. Dalınca ağız büzənlər də, verdiyin çörəyi tapdalayanlar da tapıldı.Olsun! Biz onsuz da belə şeylərə öyrəşmişik. Və biz onu da yaxşı bilirik ki, hərkəsin rəhmət haqqı Allahın senzurasından keçir. Qəbul edib-etməmək onun ixtiyarındadı.Bəndə nə karədi ki, Allaha məsləhət versin, yol göstərsin. Sadəcə, mənə toxunano oldu ki, məhz əlindən tutub ağızlarını çörəyə çatdırdıqların haqqını yedilər.Bax, bu ürək bulandarınlar olmasayadı, mən yəqin ki, sənin bu bir ildə mənsiz ordanecə yaşadığını, nələr düşündüyünə daxilən narahat olmazdım. Bilərdim ki, yerin cənnət, ruhun rahat, özün də qayğısızsan.Çünki sən doğrudan-doğruya yaşadığın ömürdə cənnəti, rahatlığı haqq eləmişdin. Və bir kimsə sənin sağlığında sənə nədəsə iynəucu boyda da olsa irad tutmamışdı. İndi isə... Bəli, mən mövzunun həmin hissəsiniAllahın ixtiyarına buraxıb keçirəm öz içimdəkilərə...

Qağa,sən doğurdan cənnətlik insansan, valideynsən, atasan, babasan. Çünki yurduna sahibolanlar öz tərbiyələriylə, öz əxlaqlarıyla sənə layiq olduqlarını bu bir ildə mənəsadəcə davranışlarıyla dönə-dönə sübut etdilər. Gördüm ki, oğlanların bir-birinəqarşı necə diqqətlidi... gördüm ki, bu iki qardaş analarına qarşı nə qədər həssasdılar...gördüm ki, nəvələrin və qızın səni nə qədər uca tuturlar... şahidi oldum ki, xanımınöz ağbirçəkliyində necə də dəqiq və təmkinlidi. Və bir də müşahidə etdim ki, otkökü üstündə bitir. Yəni sənin zəhmətin,sənin qoyub getdiyin əzizlərinə güvənin yerində və dəqiq imiş. Sən yanılmamısannə verdiyin tərbiyədə, nə qoyduğun dəsti-xətdə, nə də göstərdiyin yolda...

Qağa,bu bir ildə "Azərbaycan" nəşriyyatında da xeyli küləklər əsib. Tanıdığımızneçə-neçə sifətin tanımadığımız neçə-neçə sifəti üzə çıxıbdı. Söz, mətbuat bir azsolxuyub, rəngi qaçıb. Maddi durum tarazlığını itirdiyindən mətbuatda çalışanlarınbir qismi perik düşübdü. Yadımdadı, sən hələ o vaxt demişdin ki, sözə, qəzetə, qazancdalınca, çapıb-talamaq ardınca gələnlər dar məqamda duruş gətirə bilməyəcəklər.Bax, dediyin bu söz yerini alıb. Və mən də sənin ağsaqqalcasına söylədiyin neçə-neçəfikirlərin, münasibətlərin göyərdiyini gördükcə bir daha sənin qələmə, sözə bağlılığınabaş əyirəm.

Bütünbunlar bu bir ildə sənsiz yaşadıqlarımın yığcam xronikasıdı. Təfərrüatı özüm bildiyimdənmən çox dərinliyə getmirəm. Və elə bu bir ildə nəşriyyatda yaşadıqlarımın nələrdənibarət olduğunu sən elə öncəki illərdə də bildiyindən mən sənə ancaq ümumi mənzərənisöylədim. İstədim ki, bir daha əmin olasan ki, bu bir ilim sənsiz keçməyib... Vəbu bir ildə səni və məni tanıyan hər kəs səni məndən soruşmaqla yanaşı, sənə rəhmətdə oxuyubdu. Mən də o oxunan rəhmətlərin səmimiyyəti içərisində bir dost, bir qardaşkimi təsəlli tapmışam. Hətta içimdə öz-özümə demişəm ki, bax, yaşamaq budur. Sağ-salamatayaqda olanda qazandığını ruhun da yaşayırsa, deməli, bu, ölümsüzlükdü. Sevinirəmki, sən mənim ölümsüz dostlarımdan birisən. Və...

Hə,qağa, bu da bir il... Və bu bir ildə dünyada,məmləkətdə, nəşriyyatımızda, ailələrimizdə nələr olub hamısını bitdə-bitdə görüşəndədanışacam. Ona qədər isə sənin ruhuna səbir, mənim özümə də görüşmək arzu edirəm.Necə deyərlər, söhbətimizin davamı qalsın ikimizin arasında. Sən narahat olma, hərşey öz axarıyla gedəcək. Çünki sənin çəkdiyin arx təkcə ayrılıqdan axan yaşlarıdeyil, bütvölükdə sellərin, suların hamısını axıdıb apara bilmək gücündədi. Su isə aydınlıqdı. Ruhun aydın olsun!


TƏQVİM / ARXİV