adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Fevral 2018 16:23
13454
SİYASƏT
A- A+

İSA QƏMBƏR ƏLİ KƏRİMLİNİN KÖLGƏSİNDƏ QALDI

Və beləliklə, İsa Qəmbər siyasi karyerasını bitirdi. Prezident seçkiləri bir də 2025-ci ildə olacaq, onadək İsa Qəmbərin öz reytinqini qoruyub saxlaya bilməsi sual altındadı. Müsavat Partiyası da o vaxta qədər güman ki, Əhməd Orucun Azadlıq Partiyasına dönə bilər: yığcam və lokonik – Arif Hacılı və qardaşları.

İsa bəy elan etmişdi ki, seçkilərə gedəcək, özü də israrla elan eləmişdi. Əli Kərimli seçkilərdən imtina edəndən sonra İsa Qəmbər də geri çəkildi. Gələcəyin «lokonik və yığcam» partiyası Müsavat qoymadı ki, İsa Qəmbər seçkilərə qatılsın. Və İsa Qəmbər də geri çəkildi.

Məntiqdən belə çıxır ki, İsa Qəmbər Əli Kərimlinin kölgəsində qaldı və onun sözü ilə oturub-durdu.

Bir siyasətçi də belə itirildi.

Müsavat Partiyası yəqin ki, bunun xeyirini görər.