adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Fevral 2018 16:20
15222
DÜNYA
A- A+

TÜRKİYƏNİ DAHA BİR BATAQLIĞA SOXDULAR

Qardaş ölkə öz haqq işi uğrunda «Zeytun dalı» əməliyyatına başlayıb. Türkiyə sərhədlərini terrordan qorumaq üçün keçirdiyi əməliyyatdan bir ay ötür. Bu bir ayda 40-dan çox köy (kənd) və təxminən 61 nöqtədən çox ərazi terrorçulardan təmizlənib.

Xəritəyə baxıram, bu, bizim aprel döyuşlərində üç gün ərzində təmizlədiyimz ərazilərdən təxminən 5-6 dəfə çoxdur.

İndi də belə bir məsələ ortaya çıxıb ki, PYD ilə YPG Əsədlə razılığa gəlib Afrini Suriya Silahlı Qüvvələrinə təhvil verir. Belə olduğu təqdirdə Türkiyə Afrinə girərsə Əsədin qüvvələri ilə savaşası olacaq. Afrin Suriya şəhəridi və Suriya dövlətinin silahlı qüvvələrinin də həmin şəhəri müdafiə eləməsi onun tam hüququdu. Belə olduğu təqdirdə, türk mehmetcikləri Suriya Silahlı Qüvvələrinə qalib gəlib Afrinə girərsə, dünyada işğalçı imici qazana bilər.

ABŞ və Avropa dövlətləri bunu çox gözəl düşünüb. Belə olanda Türkiyə siyasətçilərinin səhvi ucbatından Suriya löhməsinə girən Türkiyə bu dəfə əsl bataqlığa girmiş olur.

Türkiyənin siyasətçilərinin savadsızlığının bədəlini mehmetciklər ödəmək zorundadı.

İnşallah, mehmetciklər öz qanları bahasına bu sorunun öhdəsindən gələcəklər. Amma Türkiyənin siyasətçiləri bundan sonra mehmetciklərin üzünə necə baxacaq?…

Tanrı Türkiyəmizi qorusun! Türkiyəni qoruya bilmirsə, heç olmasa mehmetcikləri qorusun!