adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Fevral 2018 10:02
14073
DÜNYA
A- A+

VARLININ YASI VƏ KASIBIN YASI

Bir varlı öləndə millət tökülüb gedir. Nəinki mağarda oturmağa yer, heç çöldə ayaq üstə durmağa da yer tapılmır. Bir kasıb ölür, Vaqif Cəbrayılzadənin təbirincə desək, dünyanın soyuğu kasıbın canına hopan kimi, yası da soyuq keçir.

Fransada terror oldu, az qala dünyanın bütün dövlətlərinin liderləri tökülüşüb getdilər yasa, hərəsinin əlində də iki dəsmal. Sonra da qol-qola girib Parisin küçələrində bir yürüş də yapdılar.

Türkiyədə terror olur Azərbaycandan başqa Allahın bir başsağlığını verən də olmur. Avropadan olsa-olsa bir-iki ölkə başsağlığı versə də, o başsağlığı da dövlət və ya hökumət rəhbərinin mətbuat xidməti səviyyəsində olur.

Deməli belə. Sofiyada Avropa Birliyinin toplantısında Hollandiyanın xarici işlər naziri təxminən belə deyib ki, Türkiyə terrorizmlə mübarizəni dayandırsın, onları Avropa Birliyinə almağı müzakirə edək.

Sən niyə bu günə qaldın, Türkiyə? Allahın Hollandiyası da sənə şıllaq atır.

Nömrəmizdə «Sözçü» qəzetinin köşə yazarı Rəhmi Turanın bu məsələ ilə bağlı fikirlərini də oxucularımıza çatdırmağı borc bildik.