adalet.az header logo
  • Bakı 18°C

Xəyanəti bağışlamaq olarmı?

OĞUZ AYVAZ
159646 | 2018-02-20 11:48

Bəşər övladı dünyaya gələndən insançirklənir və onun genetik kodlarında xəyanətin hüceyrələri dolaşır. Ən çox dasevdiyimiz adamdan sədaqətsizlik, ləyaqətsizlik, xəyanət görəndə içimiz yanır.Budda necə deyirdi, nə qədər çox sevirsən, bir o qədər də əzab çəkirsən.

Xəyanət məni həmişə düşündürən məsələdi.İnsan insananiyə xəyanət edir? Müxtəlif cür xəyanətlər var: sevdiyin adama, vətənə,dostuna, işinə, vicdanına və s. və i.

Sevdiyinadama qarşı etdiyin xəyanət isə hesab edirəm, daha dəhşətlidir. Xüsusən qadınınxəyanəti...

Bizimkimi cəmiyyətlərdə qadın xəyanət edirsə onun üstünə balta ilə getməli, həttaöldürməlisən. Çünki bu namus məsələsidir. Xəyanət etmiş qadın cəmiyyətingözündə fahişədən fərqlənmir. O qadın üçün həyat dözülməz həddə çatır.

Bugünlərdə Türkiyənin ən məşhur rejissorların biri Çağan Irmakın "MustafaHaqqında Hər Şey” filmini izlədim. Rejissor xəyanəti, insanın təbiətən dərin,sirli varlıq olduğunu təhlil etmişdi. Xoşbəxt ailə qəzayla param-parça olur,həqiqətlər gün işığına çıxır. Kişinin arvadı öz avtomobilində can verir. Məlumolur ki, yanında cavan bir oğlan da varmış. Arvad ölür, cavan oğlan isəsağalır. Əri oğlanı dağ evinə qaçırdıb, ona işgəncələr verir. Oğlan ölənarvadla keçirdiyi günləri ərə nağıl edir. Taksi sürücüsü gənc qadınlasevişdiyini detallarına qədər onun ərinə danışır. Ər eşitdiklərinə inanabilmir, qəzəblənir, oğlanı döyür, söyür, həqiqətlərlə üzləşmək istəmir.

Xəyanətdə həqiqət kimidi, insan dərk edə bilmir, inana bilmir. İnsan çirkli məxluqdur.Və biz də ali heyvanıq. İnsanoğlu daxilən özünə yaddı, özünə məhkumdur. Mənxəyanəti heç cürə izah edə bilməyəcəm. Viktor Hüqo isə xəyanət haqda belədeyirdi: "Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.”

Kişiqadından daha çox xəyanət edir. Bu danılmazdır. Qadınlar səbəbsiz xəyanətetmirlər. Əgər kişi qadına diqqət göstərmirsə, onu döyür, incidir və təhqiredirsə, qadın xəyanət edə bilər. Qadın kişini sevmədiyi üçün də xəyanət edir.Ya da ki, əvvəl həyat yoldaşına qarşı istəyi olsa da, indi hissləri soyuyub vəo, bu hissləri başqa yerdə axtarır. Kişilər isə qadınlara səbəbsiz xəyanətedirlər. Sadəcə, kişi olduqları üçün. Yəqin ki, tez-tez belə ifadə eşitmisiniz"Kişiyə hər şey olar”. Yəni bu ifadə reallıqda özünü doğruldur. Kişi həttaarvadını sevdiyi halda da xəyanət edir.

Bəs sizlər xəyanəti bağışlayarsınızmı?


TƏQVİM / ARXİV