adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Fevral 2018 12:12
11287
SİYASƏT
A- A+

AVCİYA Regionlarda tədbirlərə start verdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar regionlarda tədbirlərə başlayıb. AVCİYA Seçki Qərargahı regonlarda müşahidəçilərə təlimlər keçməklə yanaşı, əhalinin seçki fəallığını artırmaq üçün maarifçiliyik işlərini də həyata keçirir.

İlk tədbirlər Sabirabad, Şirvan, Salyan və Hacıqabul müşahidəçi və seçki fəalları üçün keçirilib. Tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda keçiriləcək Prezident seçkiləri Respublikanın ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Seçkilərin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün AVCİYA ölkə üzrə Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir. Bu məqsədlə assosiasiya seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunvericilik bazası, MSK, DSK və MnSK- ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqini təşkil edəcək.

Müşahidəşilərə kömək məqsədilə " Müşahidəçilər üçün yaddaş kitabçası”nəşrə hazırdır. Kitab yaxın günlərdə işıq üzü görəcək.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Şirvan Regional ofisinin rəhbərliyi və rayon koordinatorları iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti tədbirləri Migəçevir, Yevlax, Naftalan və Ağdaş müşahidəçi və seçki fəalları üçün keçirəcək.

AVCİYA Seçki Qərargahı Mətbuat Xidməti