adalet.az header logo
  • Bakı 18°C
19 Fevral 2018 11:34
11532
MƏMLƏKƏT
A- A+

Vəkillər Kollegiyası yeni binaya köçdü

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu gündən etibarən fəaliyyətini yeni – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Kollegiyadan Adalet.az-a verilən məlumata görə, yeni inzibati bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.

Yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün lazımi şərait yaradılıb.