adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Fevral 2018 11:00
9602
MƏMLƏKƏT
A- A+

İcra başçısı ucuz yarmarkalar barədə tapşırıq verib

Ölkə başçısının tapşırığına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, Zobucuq qəsəbələri ərazisində, "Dörd yol” adlanan ərazidə və "Qayıdış” qəsəbələri ərazisindəəvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsullar çıxarılıb. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib.


Yarmarkada rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə alıcılara təklif edilib. F
üzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində təşkil olunan yarmarkaya baş çəkib, alıcı və satıcılarla söhbət edib. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirmiş, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulayıblar.


Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları insanların rahatlığını təmin etmək,ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi iləNovruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı 4 istiqamətdə təşkil olunacaq.