adalet.az header logo
  • Bakı 7°C
18 Fevral 2018 16:45
10271
SAĞLAMLIQ
A- A+

Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir

Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır.

Adalet.az "MedicalXpress"ə istinadən bildirir ki, araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.

İnsanın tənəffüs zamanı verdiyi nəfəsin ümumi həcmini göstərən ağciyərlərin güclənmiş yaşam həcmi isə evdar xanımlarda il ərzində 4,3 millilitr, xadimələrdə isə 7,1 millilitr azalıb.

Qadınların tənəffüslərindəki bu problem 20 il siqaret çəkən kişilərdə tənəffüs probleminə bərabərdir.

Qadınların tənəffüsündə müşahidə olunan bu hal yuyucu vasitələrin tərkibində olan və təmizlik işləri zamanı ağciyərə düşərək onun selikli qişasını qıcıqlandıran maddə ilə bağlıdır.

Bu isə astma, xərçəng və s. xəstəliklərə səbəb ola bilər.