adalet.az header logo
  • Bakı 20°C
18 Fevral 2018 15:45
9406
GÜNDƏM
A- A+

XİN: İranda qəzaya uğrayan təyyarədə azərbaycanlı olmayıb

İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu gün İranda baş verən təyyarə qəzasında 66 nəfər ölüb.