adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Fevral 2018 13:39
13227
DÜNYA
A- A+

İranda təyyarə qəzası - 66 nəfər ölüb

İranda qəzaya uğrayan sərnişin təyyarəsində 66 nəfərin olduğu bildirilib. Onlardan 60-ı sərnişin, 6 nəfər isə heyət üzvü olub.

Adalet.az xəbər verir ki, "ISNA" agentliyinin yaydığı məlumata görə, qəza nəticəsində sağ qalan olmayıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

***
(12:08)

İranda "ART-72" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Adalet.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, göyərtəsində azı 60 sərnişin olan təyyarə İsfahan vilayətində yerə düşüb.

"Aseman Airlines" şirkətinə məxsus olan təyyarə Tehrandan Yasuc istiqamətində uçurmuş.