adalet.az header logo
  • Bakı 19°C
18 Fevral 2018 14:59
12048
DÜNYA
A- A+

Türkiyə ordusu Afrində 1614 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında bu günədək 1614 terrorçu zərərsizləşdirilib.

Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.