adalet.az header logo
  • Bakı 7°C
18 Fevral 2018 12:52
19150
İQTİSADİYYAT
A- A+

Banklar 11 milyard manatdan çox kredit verib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, yanvarın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11757,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi kredit portfelinin 9656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.