adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Fevral 2018 11:48
8829
MƏMLƏKƏT
A- A+

Bakının əsas yollarında sürət həddi endirildi

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Adalet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.