adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 17:07
12960
SİYASƏT
A- A+

MSK daha 7 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqlədi

Mərkəzi Seçki Komissiyası (MSK) daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Adalet.az-ın məlumatına görə, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul olunub.

MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin, prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd oğlu Əlizadənin, prezidentliyə namizədliyi MüasirMüsavat Partiyasıtərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Daha sonra prezidentliyə namizədliyi irəli sürülən şəxslərin səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayı təmsilçilik normalarına uyğunlaşdırılıb, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Qeyd edək ki, MSK bundan öncə prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüşZahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.