adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 16:07
11637
SİYASƏT
A- A+

Deputatlarımız seçkiyə görə Rusiyaya gedir

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətdən Adalet.az-a verilən məlumata görə, millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.