adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 15:33
8550
GÜNDƏM
A- A+

Türkiyə Azərbaycandan qaz idxalını artırıb

2017-ci idlə Türkiyə Azərbaycandan 6 milyard 543 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, bu göstərici 2016-cı illə müqayisədə təxminən 70 milyon kubmetrədək çoxdur.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir.