adalet.az header logo
  • Bakı 6°C
17 Fevral 2018 15:22
10824
HADİSƏ
A- A+

Özünü DTX rəsmisi kimi təqdim edən şəxs tutuldu - FOTO

Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan vətəndaş Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.