adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 15:11
11345
MƏMLƏKƏT
A- A+

Gəncədə Novruz bayramı yarmarkası açıldı

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində "Novruz Bayramı Yarmarkası” təşkil edilir.

Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlifçeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edib.

Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Etibar Həsənov, Oktay Yusifov, Səadət Qafarova və başqaları yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.

Qeyd edək ki, Gəncə şəhərində "NovruzBayramı Yarmarkası”hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.



Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq)

21AZN

Un (25 kq)

10.80AZN

Un (10 kq)

4.70AZN

Un (5 kq)

2.40AZN

Maləti (kq-la)

8AZN

Qoyunəti (kq-la)

9AZN

Yumurta (ədədlə)

0.11AZN

Kartof kq

0.40AZN

Soğan kq

0.30AZN

Makaron (1 kq)

0.70AZN

Vermişel (1 kq)

0.80 AZN

Final çay

1.88AZN

Limonad (ədədlə)

0.20AZN

Alma (1 kq)

Mandarin (1 kq)

1 AZN

1.50AZN

Kolbasa (1 kq)

Sosiska (1 kq)

5 AZN

4.70AZN

Bizim Süfrə mayonez (500 q)

1.87 AZN

Supersun yağ. (1.200 q)

5.30 AZN