Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsuluna nəzarətə imkan verəcək
Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.
Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, dünyada qida təhlükəsizliyinin önəmi son illər əhəmiyyətli dərəcədə artıb. Buna adekvat olaraq Prezident İlham Əliyevinsərəncamına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu funksiyanın bir orqanda cəmləşməsinə gətirib çıxarıb.
"Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü.Onlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi. Agentliyin yaradılması nəzarəti bir struktur çərçivəsində təmin etməklə yanaşı, həm də məhsul üzərində tarladan istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə şərait yaradacaq”, - deyə Heydər Əsədov bildirib
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41