adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 15:00
11185
SİYASƏT
A- A+

Azay Quliyevdən prezidentin çağırışına DƏSTƏK

Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tezliklə bu ilin ikinci qrant müsabiqəsi elan edəcək.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

O, müsabiqənin mövzularından biri haqda anons da verib.

"Müsabiqənin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq”.


Xatırladaq ki, Prezident İlham Əliyev bütün çıxışlarında Qərbi Azərbaycandakı tarixi torpaqların azad edilməsi barədə fikirlərini ifadə edib:

"Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır. ...Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad etməli və ermənilərdən qisas almalıyıq...".