adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 14:04
11809
KRİMİNAL
A- A+

Lənkəranda 2 evdən oğurluq edən şəxslər tutuldu

Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə fərdi yaşayış evlərindən oğurluq hadisəsinin üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Adalet.az-a verilən məlumata görə, ŞRPŞ-nin əməkdaşlarının şəhər ərazisindəki iki evdən baş vermiş oğurluqla əlaqədar keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib. Müəyyən edilib ki, şəhər sakinləri Anar Liftiyev və tanışı Farid Bəşirov Lənkəran şəhəri M.M.Axund küçəsindəki fərdi yaşayış evlərindən birinə gizli yolla daxil olaraq oradan 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar.

Aparılan tədbirlər zamanı onların həmçinin şəhərin Z.Əliyeva küçəsindəki evlərdən birindən də 1500 manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən olunub. Saxlanılan hər iki şəxs istintaqa təhvil verilib və oğurlanmış əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.