Əbülfət Mədətoğludan yeni şeir: Tanrının eşq mələyi
O mənim həyatımda,
Günümdə, anımdadı...
Atdığım hər addımda -
Damarda qanımdadı...
İçimdəki səsdi O,
Aldığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı!
Nəşəmdi, ahımdı O
Sevgim, günahımdı O...
Yerdə Allahımdı O -
Ölüncə yanımdadı...
Tanrının eşq mələyi
Məcnunların diləyi...
Olub şair ürəyi -
Adımda, sanımdadı!..