Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Şeytan Adalet.az | Şeytan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Şeytan

13397    |   2018-02-17 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adnan Oktar...
Tanıdınız bilirəm. Oturub-duranda Azərbaycana, Azərbaycan xalqına küfürlər söyləyən bu buynuzlu şeytan. Türkiyə teleməkanında şəxsi TV-si də var. Onu hansı pullarla əldə etdiyi hər kəsə məlumdur.
Bu gədə erməni Manukyanın televiziyaya variantıdır. O erməni qadını İstanbul fahişəxanalarının sahibi idi. Adnan şeytan həmin məsələni ekranda təkrarlayır. Bəzi epizodları görürsünüz. Seksual geyimdə, seksual rəqslər edən qızlar onun qarşısında min oyundan çıxırlar. Bu şeytan da az qala özündən gedir, əl çalır, gözləri aşıb gedir, iyrənc hərəkətlər edir.
Nəhayət, Diyanət (Dini işlər üzrə rəsmi qurum) bu şeytana dur dedi. Nəinki müsəlmana, heç belə açıq-saçıqlığa yol verməyən xristiana da yaraşmayan bu iyrəncliyə son qoyulması gündəmə gəldi.
Adnan Şeytan isə buynuzlarını çıxardı. Diyanəti hədəf aldı. İslamı, müsəlmanlığı aşağıladıqca aşağıladı. Telehərəmxanasına haqq qazandırmaq istədi. Amma məhkəmə buna yol vermədi. Hələlik 2 həftə müddətinə bu TV-nin iyrənc yayımları dayandırılıb. Şeytan külli miqdarda cərimə olunub.
Bəs, şeytanın pulu haradandır? Bax, elə o telehərəmxanadan. Qadınları, qızları müxtəlif yollarla aldadıb, topa salır, onların hesabına pul qazanır, var-dövlət sahibi olur, TV açır.
Bu işdə ən yaxın köməkçisi onun arvadıdır. Bəli-bəli arvadı. Qadın gənc qızları tovlayıb, yoldan çıxarır və ərinin, şeytanın hüzuruna gətirir. Sonra bu qızlara seksual rəqslər, hərəkətlər, söhbətlər öyrədilir və bazara sürülür.
Bir neçə gün qabaq bir kişi üsyan edirdi. Televiziya proqramlarında qızının Şeytan tərəfindən aldadıldığını, oğurlandığını söylədi. Məsələ də buradan başlandı. Türk düşməni, Azərbaycan düşməni olan bu şeytan öz toruna düşdü.
Şeytanı biz də az-çox tanıyırıq. Bakıya gəlmək, caynağına gözəl qızlar keçirmək üçün dəridən-qabıqdan çıxırdı. Bacarmadı. Elə o gündən də bizə düşmən kəsildi.
Və indi Manukyanın davamçısı olan Adnan Oktar adlı bu şeytan əməllərini hesabını verməkdədir. Özü də, arvadı da diz çöküb İblisdən kömək istəyirlər.
Türkiyədə ən şəxsiyyətsiz qələm adamlarından sayılan Əli Bayramoğlu bu şeytanın müdafiə edir. O da yadınızdamı? Qarabağa, erməni qohumlarının yanına gəlmişdi. Azərbaycana qarşı küfürlər söyləyirdi. Adnan Oktarın erməniləri qarşısında söylədiyi:
- Biz ermənilərlə qardaşıq, doğmayıq. Aramıza o (Azərbaycanlılar) şeytanlar girdilər, - sözlərini də unutmayın.
Unutmayın ki, oralarda Adnan Oktar, Əli Bayramoğlu və daha neçə-neçə belələri kimi bir şeytan çetesi var. Odur ki, "qardaş" dediyinizin baş tərəfinə baxın görün şeytan buynuzları görünmür ki?
Hər Adnan, hər Əli, hər Məhərrəm, hər Barış... türk deyil ki...



YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
SON XƏBƏRLƏR
2018-12-13
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK