XAÇPƏRƏSTLƏRİN İNSANLIQ ANLAYIŞI

SEYFƏDDİN ALTAYLI
56524 | 2018-02-17 00:21
Seyfəddin Altaylı,
Ankara,

Tin Surəsi 4-cü ayət

Ulu yaradıcı Tin surəsində insanı nə surətdəyaratdığını buyurub. Yəni insanı ən güzəl duyğularla, ilahi əxlaqa malik gözəllikdə, hayatınhər bir şəraitinə dözə biləcək, dünyadakı məsuliyətini öhdəsinə götürə biləcək mükəmməllik və istedadilə yaradıb. Əlbəttə bu varlıqdan da özünə inanmasını, naşükür olmamasını, yaxşı insan olmasını, yaradılanı yaradandan ötürü sevməsini, zalım olmamasını, məzlumları, yetim-yesirləri qorumasını, düşkünlərə arxa olmasını, zalımların qarşısında əyilməməsini istəyib.
Orta məktəbdən tutmuş indiyə kimi öz tariximiz haqda deyilə bilər ki, oxumadığım kitab qalmadı. Bu kitabların içində xarici millətlərə mənsub alimlərin və araşdırmaçıların yazdıqları da vardı. Heç birində ulu babalarımızın məzlumlara zülm etdiyini, özgə millətlərin dilinə, dininə, mədəniyyətinə əlavə dil uzatdığının şahidi olmadım. İnsana, Tanrının yaratdığı müqəddəs bir varlıq kimi yanaşdığını gördüm. Bunun ən gözəl sübutu da hər bir Türk yurdunda camelərin yanında kilsələrin, sinaqoqların tikilməsi, orda həmin dinlərə mənsub insanların öz ibadətlərini azadca gerçəkləşdirmələridir. Bizə düşmən olan xalqların belə dilinə, dininə, mədəniyyətinə, ləyaqətinə qarşı hər hansı mənfi bir davranışımız olmayıb. Yaxın tariximizdən bir örnək: Yunan ordusu 15 May 1919-cu ildə İzmir şəhərini ingilislərin qışqırtması və dayağı ilə işğal etdiyi vaxt yunanlılar valilik binasındakı Türk bayrağını endirib pilləkənlərə sərmişdilər və Yunan komandiri bayrağımızı çığnayaraq binaya daxil olmuşdu. Yunan ordusu qovulduqdan sonra həmin binadakı Yunan bayrağını endirən bir əsgər onu yerə sərir ki, Atatürk Yunan bayrağını çığnayıb vilayət binasına daxil olsun; ancaq Atatürk, "Bayraq bir millətin şərəfidir, o çığnanmaz" deyib bayrağı yərdən götürmələrini əmr edərək Türk millətinin yüksək xarakterini nümayiş etdirir, cahil hərbçiyə insanlıq dərsi keçir.
Bunları niyə sadalayıram? Bir neçə gün əvvəl bir jurnalist Türkiyənin Qızılay Təşkilatının sədri Kərəm Kınık ilə görüşüb və ondan müsahibə götürüb. Buyurun Kərəm Kınık bəyin dediklərinə nəzər salın:
"Suriyada Əsədə bağlı ordu Əsədin hakimiyyətini qəbul etməyən suriyalıları mühasirəyə salıb ac-susuz buraxır və bu vəziyyət beş ildir davam edir. Əsəd rejimi paytaxd Dəməşqin Şərqi Quta hissəsində kimyəvi silahdan istifadə etdiyini qəbul edib. ABŞ və uluslar arası qüvvələr Suriyanı işğal edib. Bu işğal nəinki Bəşşar Əsəd rejimini ləğv etmək, hətta onun ömrünü uzadıb. Belə bir ədalə olar? Suriyada mühasirədə qalan insanlara bəşəri yardım çatdırılmasına mane olunur. Bircə ay atəşkəs rejimi istəyirik ki, ehtiyac içində olan insanlara yardım əlimizi uzadaq, ancaq mane olunur. Ən dəhşətli hərblərdə belə əsir mübadiləsi və yaralılara yardım edilməsi, onların götürülüb bir yerdə toplanması üçün atəşkəs yaradılır. ABŞ, Rusiya, Suriya və BMT bir qərara yetişib bir ay atəşkəs rejimi yaratmır. Ölkəmizdən ehtiyac içindəki insanlara yardım aparan yük maşınlarının onlarla sürücüsü güllələnib. Xüsusilə xəstəxanalar və bəşəri yardım anbarları ilə bu sahədə çalışanlara aramsız hücumlar çəkilir. İdlibdə bir xəstəxanaya yeddi dəfə hücum çəkildi, axırda dağların altı oyularaq xəstəxana halına gətirildi, lakin ora da kimyəvi bomba atdılar. Beş ildir Şərqi Quta bölgəsi Əsədə bağlı ordunun mühasirəsindədir. Orda insanlar aclıqdan əlinə nə keçsə - siçan, pişik də olsa bişirib yeyir, hətta ölülərin də ətini yəyiblər. Zülm bu səviyyədədi. Beş ildə Suriyada ehtiyac içindəki 13 milyon insana 40 min TIR ilə yardım çatdırdıq. Afrindəki toqquşma bölgəsindən çıxmağa çalışan 323 mindin cəhaliyənə YPG/PKK nədə Suriya rejimi icazə vermir. Bunların 125 mini Hələbdən bura köçən qaçqınlardı. YPG/PKK onların gənclərini götürüb Türk ordusu ilə döyüşəməcbur edir. Cenevrədə Qırmızı Xaç Komitəsinin sədri ilə, Romada Papa ilə və ərəb Qırmızı Aypara Cəmiyyətinin sədri iləgörüşlər keçirdim, ehtiyac içindəki dinc əhaliyə yardım çatdıra bilmək üçün bizə kömək olmalarını xahiş etdim, ancaq qulaq asan olmadı. Şərqi Qutada 500 yaralı var və onların çıxarılıb müalicəyə alınması üçün Putin ilə on dəfə görüş keçirildi, ancaq heç nə nəticə vermədi. Min bir dil tökərək ancaq 29 dənəsini çıxara bildik".
Hər kəlmə başı insanlıqdan, demokratiyadan, haqdan, hüquqdan dəm tutanlar və Tanrının şərəfli yaratdığı insana bəşərə yaraşmayan hərəkətləri rəva görənlər xaçpərəstlər deyil? Bir balinanı xilas etmək üçün bir vaxtlarəl bir olan qərblilər İraq və Suriyada milyonlarla insanın ocağını söndürdülər, söndürməyə də davam edirlər. Tanrının özənə-bəzənə yaratdığı insan budurmu?
Rusiya Federasiyası rəhbəri Putin özlərinin bir hərbi postunu Suriyada yerləşdirmək hesabına öz vətəndaşlarına hər cürə zülm edən Bəşər Əsədi ən başından bəridir dəstəkləmir?
ABŞ, ərəb xalqına demokratiya aparacayıq bəhanəsi ilə 1993-cü ildən bəridir İraqda və Suriyada etmədikləri zülm qalmadı. Bütün bunları da Orta Şərqdəki hidrokarbon vəqaz ehtiyatları, digər tərəfdən də bölgəni öz kontrollarında tutmaq üçün həyata keçirdilər. Bununla da kifayətlənmədilər, Türkiyəni də axmaq və axmaqlığı satqınlıq səviyyəsinə çatmış kürdlərin yaratdığı PKK/YPG təşkilatının əli ilə bölüb-parçalamağın yuxusunu gördülər. 2019-cu il büdcəsindən PKK/YPG-yə 550 milyon dollarlıq yardım edəcəklərini indidən elan ediblər. Bunun üç milyard dollara da çıxa biləcəyi dillərdə gəzir. Həmin ABŞ PKK-nı terror təşkilatı kimi qəbul edən bir ölkədir və üstəlik Suriyadakı hərbi qüvvələrinin hazırladığı məxfi arayışda PYD-nin PKK-nın Suriyadakı milis qüvvəsi olduğunu, avtonomiya üçün mübarizə etdiyinə işarə edilib. Deməli, dünyanın ən böyük terrorist ölkəsi ABŞ-dır.
Nə qərbin səlib anlayışı korşalıb, nə də rusların Türkiyə torpaqlarını mənimsəmək haqdakı düşüncələri.
Türk millətinin ilahi qüdrətinin gücünü yadından çıxaranlara yeni dərslər keçilir və addım-addım keçiləcəkdi.

TƏQVİM / ARXİV