adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Fevral 2018 00:16
35029
LAYİHƏ
A- A+

BALAKƏN: BU ŞƏHƏRİ SEVƏNLƏRİ SEVİNDİRMƏK

 
Respublikamızın çox yerində olduğu kimi Balakən rayonunda da 2017-ci il əlamətdar hadisələrlə davam etmiş, uğurlu nəticələrlə başa çatmışdır. Ötən bir il ərzində indi Qafqazın İsveçrəsi adlandırılan Balakənin sosial-iqtisadi və mədəni həyatındakı nailiyyətlər həmişəki kimi sevinc doğurmuş, göstərilən qayğı və diqqətə görə bütün tədbirlərdə ölkə rəhbərliyinə dərin minnətdarlıq ifadə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Balakən rayonu sakinlərinə hər zaman xüsusi diqqət göstərməsi məlum zəlzələnin nəticələrinin aradan qaldırılması və digər proqram-layihələrin reallaşması prosesində özünü ən parlaq şəkildə təsdiqləmişdi. Balakənin son illərdəki yüksəlişi, daha da müasirləşməsi bir sərhəd rayonu olaraq daxili və xarici siyasətimizin qələbəsi kimi möhtərəm prezidentimizin də arzu və istəklərinin xalqla birgə yaşanmasıdır. Yaşadığımız 2018-ci ilin ilk ayları da Dövlət Proqramının icrası və digər mühüm tədbirlərin daha böyük ruh yüksəkliyi ilə davam etdirilməsi istiqamətində diqqəti cəlb edir. Rayonda tikinti-quruculuq, abadlıq və müasirləşmə tədbirləri böyük inkişafın təntənəsidir.
Bəs ötən bir ildə hansı işlər görülmüşdür? Bu barədə rayonda keçirilən 2017-ci ilin yekunlarına dair hesabatda geniş məlumat verilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev məruzə ilə çıxışında demişdir:
- Ölkəmizin həyatında və cəmiyyətimizin dayanıqlı inkişafında mühüm rol oynayan daha bir il arxada qaldı. 2017-ci ildə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi ölkədə dinamik inkişafın təmin olunmasına, əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ölkə Prezidenti cənab İlham Əliyev 2017-ci ildə sosial-iqtisadi inkişafın yekunlarını ətraflı təhlil etmiş, eyni zamanda qarşıda duran vəzifələrə və həllini gözləyən problemlərə toxunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvarın 29-da keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Dövlət Proqramının qəbulundan sonra keçən dövr ərzində görülən işlərə yekun vurmuş, ölkənin davamlı iqtisadi inkişafında tarazlı regional inkişafın yeri və rolunu geniş təhlil etmişdir.
İlk Dövlət Proqramının qəbulundan sonra keçən 14 il ərzində ölkə Prezidenti cənab İlham Əliyev beş dəfə Balakənə səfər etmişdir. Dövlət başçısının rayonumuza sonuncu-beşinci səfəri hesabat ilinə təsadüf edir. Rayona 3 avqust 2017-ci il tarixli səfəri zamanı cənab Prezident Bayraq Muzeyinin, "ABAD" mərkəzinin, "Balakən-1" kiçik su elektrik stansiyasının, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışını etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev rayona səfərindən qısa müddət sonra rayon üçün tarixi əhəmiyyət kəsb edən üç Sərəncam imzalamışdır.
18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 km olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri barədə, həmçinin, Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı imzalanmış Sərəncamlar rayonda sosial və texniki infrastrukturun yenidən qurulması layihəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Rayonumuza və balakənlilərə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından sonsuz minnətdarlığımızı bildiririk...
Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, 2017-ci ildə rayon iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat, Dövlət Proqramının qəbulundan sonra keçən 4 il ərzində ümumilikdə 96,0 milyon manat investisiya yönəldilmişdir. Hesabat ilində ümumi məhsul buraxılışı 196,2 milyon manat təşkil etmiş, 2016-cı il ilə müqayisədə artım 35,9 faiz olmuşdur. Ötən dövr ərzində 69,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu, 7,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş, 43,7 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 11,2 faiz, tikinti işlərinin həcmi 4,9 dəfə artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2012,6 manat olmuşdur.
Ötən ildə rayonda ənənəvi istehsal sahələrinin dirçəldilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatının əsas istiqamətləri üzrə təcrübəli mütəxəssislər cəlb edilməklə işçi qrupları təşkil olunmuş, ayrı-ayrı sahələrdə çalışan kiçik və orta sahibkarlarla çoxsaylı görüşlər keçirilmişdir. Kənd təsərrüfatının intensiv və ekstensiv inkişaf istiqamətləri müəyyənləşdirilmiş, torpaqlardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılması, rəqabət qabiliyyətli məhsullar istehsal olunması, eyni zamanda, rayonumuz üçün ənənəvi hesab olunan baramaçılığın, tütünçülüyün, fındıq əkinlərinin, tərəvəzçiliyin və digər sahələrin dirçəldilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür. Barama və tütün istehsal edəcək, eləcə də yeni fındıq bağları salacaq istehsalçılar ilin əvvəlindən müəyyən edilmiş, sahələrdə yazlıq bitkilərin əkilməsi təşkil olunmuşdur. Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 115 istehsalçıya 250 qutu ipəkqurdu paylanılmaqla 11,0 ton barama istehsal olunmuşdur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində 131,5 min ədəd tut tinglərinin əkilməsi təmin olunmuşdur ki, onlardan 80 min ədədi Çin Xalq Respublikasından gətirilən tinglərdir.
Hesabat ilində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, tədarük təşkilatları ilə müqavilələr bağlanılmış, 528,0 ha sahədə tütünün Virciniya, Berley və İtiyarpaq kimi növləri əkilməklə 317,4 ton quru tütün istehsal olunmuşdur.
Rayonda fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri üzrə torpaq sahələri müəyyən olunmuş, istehsalçıların fındıq pöhrələrinə olan tələbatı ödənilmiş, yaz mövsümündə 662,0 ha, payız mövsümündə isə 1004 ha sahədə fındıq bağları salınmış, bununla da yeni salınmış fındıq bağları 3300 hektara çatdırılmışdır. Yeni salınmış fındıq bağlarının 2192,4 hektarı xüsüsi, 637,7 hektarı bələdiyyə 437 hektarı isə dövlət mülkiyyəti torpaqlarıdır. Mövcüd fındıq bağlarının və yeni salınmış bağ sahələrinin xəritələrinin hazırlanması işinə başlanılmışdır ki, bu da fındıq sahələrinin yer quruluşu sənədlərində əks olunmasına imkan verəcəkdir.
2017-ci ildə rayonda 13093,0 ha sahədə kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin edilmiş, əkinlərin 1579,0 hektarı payızlıq, 11514 hektarı yazlıq bitkilər olmuşdur.
Hesabat ilində taxıl biçininin vaxtında başa çatdırılması üçün texnika ilə təminat sahəsində tədbirlər görülmüş və biçin optimal müddətdə başa çatdırılmaqla 1560,5 ha sahədən 4206,6 ton taxıl yığılmışdır. Əvvəlki ilə nisbətən taxıl istehsalı 19,6 % artmış, məhsuldarlıq göstəricisi isə 27 sentner olmuşdur.
2017-ci təsərrüfat ilində rayonda 43 min tondan çox qarğıdalı məhsulu istehsal olunmuşdur ki, bu da respublikada qarğıdalı istehsalı üzrə ən yüksək göstəricidir. Meyvəçiliyin, o cümlədən intensiv bağçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafına diqqət yetirilmiş, bu sahələrdə də irəliləyişə nail olunmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 31 nəfərə xaricdən idxal olunan 54 baş yüksək məhsuldar cins malların gətirilməsi üçün rəy verilmişdir.
Hesabat ilində əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı Suvarma Sistemləri İdarəsi, bələdiyyələr və torpaq mülkiyyətçiləri ilə birgə zəruri işlər görülmüş, kanallarda 68.3 min kub metr həcmində təmizləmə işləri aparılmışdır. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul kəndlərində mövcud kanallar təmizlənərək tam işlək vəziyyətə gətirilmişdir. Digər tərəfdən mənbəyi İnterçaydan götürülən və uzunluğu 5300 metr olan suvarma kanalının tikintisinə başlanılmışdır ki, bu da əlavə 1300 ha əkin sahəsinin suvarılmasına imkan verəcəkdir. Artıq həmin suvarma kanalı su qəbul edir, qurğunun tikintisi başa çatmışdır.

(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ