adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Fevral 2018 17:23
12728
MƏMLƏKƏT
A- A+

Nazir yeni rəislər təyin etdi

Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.

11-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.