adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Fevral 2018 16:45
8667
DÜNYA
A- A+

77 nəfərin qatili 7 il sonra tövbə etdi

Norveçli terrorçu Anders Breyvik tövbə edib.

Adalet.az xəbər verir ki, "Verdens Gang” qəzeti Breyvikin tövbə məktubunu həbsxana rəhbərliyinə göndərdiyini yazıb. Məktubda Breyvik öz əməllərinə görə tövbə edib və faşist ideologiyasından imtina etdiyini bildirib.

Qeyd edək ki, Breyvik 2011-ci ildə multikulturalizm və müsəlmanlara etiraz olaraq Norveçdə 77 nəfəri qətlə yetirib. Bu cinayətə görə o, cəmi 21 il həbs cəzası alıb.