MİRZƏ CƏLİL: ELMAR MƏMMƏDYAROV, MƏN ÖLÜM, MƏNİ BAĞIŞLA

CƏLİL MƏMMƏDQULUZADƏ
89123 | 2018-02-17 10:57

Deməli, belə. Xarici İşlər Nazirliyimizin qapqapa bir qara siyahısı var.Azərbaycan sərhədlərini qanunsuz keçərək Dağlıq Qarabağa səfər edən diplomatların, deputatların , müğənnilərin,artistlərin, day nə bilim hansı kərtənkələlərin adlarını salırlar buqara siyahıya, hətta bəziləri haqqında cinayət işi qaldırılır və İnterpola axtarışa verilir.Məsələn, Lapşin.

Qəzetələrdə oxudum ki, indiyədəkbu qara siyahıya təxminən600 nəfər kərtənkələnin adı düşüb.Maraqlısı odur ki, bu kərtənkələlər gəlirlərXankəndinə, separatçıların tərəfini saxlayırlar, Azərbaycan əleyhinəbəyanatlar verirlər, babat yeyib-içib şəkillər çəkdirirlər, konsertlər verirlər və sair və ilaxır, at gəldi örkən apardı,it gəldi çarıq.

Və sonra bəziləri bilirlər ki, onları Bakıda konsertverib pul qazanmağa buraxmayacaqlar, hörmətli nazirimiz Elmar Məmmədyarova bir üzrxahlıq məktubuyazırlar, hörmətli nazirimiz də onları əfv edib adlarını qara siyahıdan çıxarır, onlar da gəlib Bakıda babat pul qazanırlar.

Yadınıza düşürsə, Kirkorovun adı da qara siyahıya düşmüşdü , həmdə özü cılxa ermənidi. Onun da adı qara siyahıdaydı, Bakıya Rəşid Behbudovun yubileyinəgəlmək istəyirdi, camaat da bir az etiraz elədi gələ bilmədi. Amma Moskvadakı yubileydəiştirak elədi və milliyyətcə erməni olanAndrey Babayevin mahnısını oxudu, elə bil acıqla.

Sonra da gəldi və böyükbir konsert verdi, konsertdə də zal ağzınadəkdoluydu, iynə atsaydın yerə düşməzdi. Deməli, boşuna etirazıymış. Etiraz olsaydı konsertiboykot edərdilər.

Yadıma belə bir əhvalatdüşdü. 1984-cü ildə Bolqarıstanda ölkə əhalisinin az qala 14-ni təşkil edən türklərəqarşı böyük bir kampaniya başladı,məcburi ad-familiyalarını dəyişdirdilər. Məsələn, dünyanın ən məşhur ağırlıqqaldıranı Naim Süleymanoğlunun ad-familini dəyişdirib elədilər Naum Şalomonov. Sonrada türkləri təhqir etməyə, alçatmağa başladılar və ölkədən qovdular.

Həmin vaxtlar bir məşhurmüğənniləri vardı, gərək ki adı da Biser Kirov idi. SSRİ-də çox məşhuruydu, tez-tezgəlib konsertlər verərdi. Növbəti dəfə Moskvada konsert verəndən sonra Bakıya gəlməliydi. O vaxt SSRİ-dəgörünməyən bir hadisə baş verdi. Minlərlə tələbə, xüsusilə də Azərbaycan DövlətUniversitetinin tələbələri türk qardaşlarımızın Bolqarıstandan qovulmasına etirazəlaməti olaraq Bakı aeroportunu mühasirəyəaldılar və bolqar müğənnini təyyarədən çıxmağa imkan vermədilər və o da məcbur olub gəldiyi təyyarəilə də qayıtdı Moskvaya. Bu da SSRİ-də çoxböyük əks-səda verdi.

İndi hörmətli xarici işlər nazimiriz o müğənniləri əfv edirvə onların konsertlərinə düşmək üçün bilet üstə az qalırlar baş yaralar. Biletləri də od qiymətinə.

Hörmətli Elmar Məmmədyarovdan bir xahişim var. Olur, mən də hərdən qəzetdəXarici İşlər Nazirliyimizin bostanınadaşdan-kəsəkdən atıram. Xahiş edirəm, məni də əfv eləsin.


TƏQVİM / ARXİV