adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 14:54
9481
GÜNDƏM
A- A+

YIĞCAM VƏ LAKONİK PARTİYA DA BOYKOT QƏRARI VERDİ

Əhməd Orucun başkanlıq etdiyi Azadlıq Partiyası da «dəstədən qalma geri» deyib prezident seçkilərində iştirak etməyəcəklərini bəyan edib.

Bir dəfə Demkonqresin Müsavat Partiyasının binasında keçirilən iclasından sonra Əhməd Oruc kitab-dəftərini də qoltuğuna vurub müavini ilə birlikdə çıxır. Güclü sarkazm və yumora malik İsa Qəmbər də pəncərədən küçəyə baxa-baxa qəlyanını tüstülədirmiş. Görür ki, Əhməd Oruc müavini ilə birlikdə mindi «Jiquli»yə. Maşının arxa oturacağı da sənədlərlə doludu, çönüb otaqdakılara deyir:

- Bir gəlin pəncərədən baxın. Partiya belə olar ey, yığcam və lokonik , bir «Jiquli»yə sığışırlar, ofis pulu da vermirlər.

İndi bir «Jiquli»yə sığışan partiya da prezident seçkilərindən imtina elədi.