adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 14:26
15430
GÜNDƏM
A- A+

İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi

Həmişə qalmaqallı açıqlamarı ilə gündəmə gələn deputat Araz Əlizadə bu dəfə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun və mərhum prezident Əbülfəz Elçibəyin kürd olduğunu deyib.

Adalet.az xəbər verir ki, milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında Araz Əlizadənin fikirlərinin əsassız olduğunu bildirib.

"Türkçülüyümüzlə də fəxr edirik. Elçibəy türkçülüyü Azərbaycana tanıtdı. Mənim də atamın məzarı üstünə "Kolanı Məcid” yazılıb. "Kolanı” Azərbaycanda ən qədim türk tayfasıdır. Özüm də "Bozqurd”am, yəni Azərbaycan məni "Bozqurd” kimi tanıyır. Mən necə kürd ola bilərəm? Qaldı ki, kürd olmaq qəbahət deyil. Bizim kürd də, türk də, ləzgi də, talış da dostumuz var, amma fars dostumuz, erməni dostumuz yoxdu. Araz Əlizadə onu fikirləşsin. Yenə deyirəm, mən türkəm və türklüyümlə fəxr edirəm. And olsun Allaha əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim”.