adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Fevral 2018 13:02
9367
DÜNYA
A- A+

DEYR-ƏZ-ZOR QIRĞINI TƏSDİQLƏNDİ

Röyter agentliyi Suriyanın Deyr-əz-Zor əyalətində 300 nəfər rus hərbiçisinin həlak olması barədə bir neçə gün öncə yayıyılmış, ancaq tam şəkildə öz təsdiqini tapmamış informasiyaların həqiqət olduğunu üzə çıxardıb. 

Adını gizlin saxalayan hərbi həkim yaralılara yardım etmək məqsədilə Suriyaya gəlmiş reanimasiya həkiminə istinadən agentliyə bildirib ki, Amerika ordusunun aviazərbələri nəticəsində 100 nəfər ölüb, 200 nəfər yaralanıb. Agentliyin başqa bir mənbəyi isə 80 nəfərdən çox rus hərbçisinin öldüyünü deyib. Həmin mənbə agentliyə bildirib ki, bötövlükdə 300 nəfərin ölməsi və yaralanması barədə məlumatlar doğrudur. Ancaq Röyter bununla bağlı Rusiya Müdafiə Nazirliyindən heç bir şərh ala bilməyib.

İnsident haqqında daha ətraflı burdan oxuya bilərsiniz.