adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Fevral 2018 12:41
10966
MƏMLƏKƏT
A- A+

Azərbaycanda kvotadan az balıq tutulub

2017-ci ildə ölkədə 136 hüquqi və fiziki şəxsə 1024.9 ton balıq ovu kvotası verilib.

Adalet.az xəbər verir ki, bu barədəDövlət Statistika Komitəsinin (DSK) bu gün yaydığı məlumatda bildirilir. Məlumata görə, ötən il 964.9 ton balıq ovlanıb.

Məlumatda vurğulanır ki, bu, 2016-cı illə müqayisədə 30.5 faiz çoxdur.

Ovlanmış balığın 559.1 tonu kilkə, 100.1 tonu kütüm, 74.9 tonu siyənək olub.

2017-ci ildə balıqçılar kvotaya 41.1 min manat ödəyiblər.