adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Fevral 2018 12:36
7547
HADİSƏ
A- A+

30 yaşlı oğlan Polis Şöbəsində özünü asdı

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.