adalet.az header logo
  • Bakı 16°C
16 Fevral 2018 17:00
13413
ƏDƏBİYYAT
A- A+

Rusiya Yazıçılar Birliyinə sədr seçildi

Rusiya Yazıçılar Birliyinə yeni sədr seçilib. Sədr Nikolay İvanov olub.

Həftənin dördüncü günü keçirilən XV syezddə Nikolay İvanovdan başqa deputat Sergey Şarqunov da namizədliyini irəli sürmüşdü. 166 nümayəndədən 164 səsvermədə iştirak edib, onların 132 nəfəri İvanovun lehinə səs veriblər.

Yazıçılar Birliyinin sədri 5 il müddətinə seçilir.

Nikolay İvanov 1956-cı ildə anadan olub. 1985-ci ildən "Sovet döyüşçüsü” jurnalının müxbiri, daha sonra baş redaktoru vəzifəsində çalışıb. O, bu vəzifəyə qədər bilikdə katib kimi fəaliyyət göstərib.

Qeyd edək ki, SSRİ Yazıçılar Birliyi 1991-ci ildə dağılan Rusiyada iki yazıçılar birliyi yarandı. Onlardan biri Rusiya Yazıçılar Birliyi, digəri isə Rusiyalı Yazıçılar Birliyi adlandı.

1994-cü ildən Rusiya Yazıçılar Birliyinin sədri vəzifəsində yazıçı, tarix elmləri doktoru Valeri Qaniçev olub. kulis.az