adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Fevral 2018 17:18
13326
DÜNYA
A- A+

Türkiyənin müdafiə naziri: NATO Afrindəki əməliyyatlara qarşı çıxmır

NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı” əməliyyatına qarşı deyil.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Müdafiə naziri bildirib ki, NATO-nun baş katibi ölkənin xarici təhdidlərə qarşı mübarizəsinə müsbət yanaşan şəxslərdən olub: "NATO üzv-ölkələri də bizim Afrindəki fəaliyyətimizi anlayışla qarşılayıb. NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söz getmir”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.