ANA SƏHİFƏ / HÜQUQ

Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz

28207    |   2018-02-15 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib.

Komissiya üzvü bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz.

"Əfv yalnız o şəxslərə aid edilir ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminliyə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət məsələsinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı pozitiv və ya mənfi cavab verə bilər. Hazırki şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxslər barəsində əfv verilmə bilməz”.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın əfv olunması üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.(azvision.az)



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK