adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Fevral 2018 13:41
11225
MƏMLƏKƏT
A- A+

BƏLKƏ ELMİMİZ HƏLƏ MİLLİLƏŞMƏYİB, ONA GÖRƏ?!

«Yeni Müsavat» qəzeti çox ciddi və maraqlı bir məsələyə toxunub. Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyətinin binasının üzərində Akademiyanın köhnə adı hələ də qalır: «Azərbaycan SSR Elmlər Akademiyası». Akademiya bir-iki dəfə bu yazını dəyişməyə cəhd edib, amma alınmayıb, vəsait tapılmayıb: 50 min manat. «Yeni Müsavat» bu məsələni yenidən gündəmə gətirib. 

Bir oxucumuz da zəng edib deyir ki, bəlkə elmimizi milli edə bilməmişik, ona görə yazı hələ qalır?

Kim bilir, bəlkə də Azərbaycan SSR Elmlər Akademiyası olan zaman bu Akademiyanın hətta dünya elminə verdiyi kəşflərin, ixtiraların və bu kəfşlərin, ixtiraların müəllifləri yusifməmmədəliyevlərin xatirinə bu yazıya toxunulmayıb?